"Son illərdə Azərbaycanın tərəfdaş və əməkdaşlarının sayı artıb". - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Beynəlxalq tədbirlərdə iştirak etmək Azərbaycan üçün çox vacibdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu cür tədbirlər də Azərbaycan prezidenti başda olmaqla, ölkəmizi təmsil edən nümayəndələr Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırırlar: "Azərbaycan müxtəlif beynəlxalq təşkilatların üzvüdür. Bu təşkilatların görüşlərində Azərbaycan öz fikirlərini açıq şəkildə bəyan edir, eyni zamanda müxtəlif yeni fikirlər və ideyalar irəli sürür. Bu müstəvilərdən hər zaman doğru şəkildə istifadə etmək lazımdır. Çünki qarşımızdakı düşmən hiyləgər davranışlar sərgiləyir".
Politoloq sözlərinə əlavə edərək qeyd edib ki, dünyadakı erməni lobbisi Azərbaycan əleyhinə yeni təxribatlara əl atmaqla məşğuldur: "Ermənistan beynəlxalq aləmdə yalanlarını yaymağa və həmin yalanları qəbul etdirməyə çalışır. Erməni diasporası və Ermənistan ilə mübarizədə bütün beynəlxalq müstəvilərdə yüksək səviyyədə istifadə etməliyik. Bu baxımdan son illərdə Azərbaycanın tərəfdaş və əməkdaşlarının sayı artıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB