Belçikanın ən böyük sərnişin axınına malik ikinci hava limanı olan Şarleruada təhlükəsizlik işçiləri tərəfindən dünən başlayan tətil davam edir. SİA xəbər verir ki, sərnişin bölməsinin bağlandığı hava limanına zorla daxil olmağa çalışıblar.
Dava zamanı 5 polis əməkdaşı yaralanıb. Hava limanı rəhbərliyi tərəfindən yayımlanan açıqlamada sərnişinlərdən uçuş sahəsinə gəlməmələrinin istəndiyi, təhlükəsizlik xidmətlərinin göstərilə bilməyəcəyi açıqlanıb. Bu vəziyyətin sabah da davam edəcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB