Meksikada əyləncə parkına hücum olub - ölən və yaralanan var

Meksikada əyləncə parkına hücum olub - ölən və yaralanan var

Meksikanın Xalisko ştatında əyləncə parkına silahlı hücum nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. SİA xəbər verir ki, Meksika mətbuatının məlumatına görə, ştatın Zapopan şəhərindəki əyləncə parkında naməlum silahlı şəxslər tərəfindən hücum təşkil edilib. Uzun lüləli silahlarla edilən hücumda 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Milli qvardiya qüvvələri tərəfindən ərazidə genişmiqyaslı araşdırmalara başlanılıb.

Hadisə şahidlərinin sözlərinə görə, hücum edənlər motosikletlə hadisə yerindən qaçıblar. Hücumun dəstənin qarşıdurması nəticəsində baş verdiyi güman edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə