Enerji böhranı dərinləşdikcə, Avropa yeni həll yolları axtarmağa davam edir. SİA xəbər verir ki, Atom elektrik stansiyalarının istifadə müddətinin uzadılması ən vacib variant halına gələrkən, nüvə enerjisindən istifadə etməyən Avropa ölkələri bəşəriyyətin ən qədim yanacaqlarından olan ağaca üz tutur. İstilik ehtiyacını ödəmək üçün ağaca tələbat artsa da, qiymətlərin gözlənilməz artımı hökumətləri narahat edir. Digər tərəfdən, ekoloqlar odun yandırmasının iqlimə mənfi təsirlərini əsas gətirərək hökumətləri tənqid edirlər.
"Euronews"un xəbərinə görə, Avropada yaşanan enerji böhranı qış mövsümü öncəsi ağaca tələbatın böyük artmasına səbəb olub. Ukraynadakı müharibə Avropanın enerji təhlükəsizliyini təhdid etməkdə davam etdiyi və onların hesablarının artması ilə əlaqədar olaraq avropalılar bu qış istilik üçün odun yandırmağı planlaşdırır. Lakin odun tələbi qiymətləri bahalaşdırsa da, anbarların növbələri dolmağa başlayıb. Digər tərəfdən, ağacdan yanacaq kimi istifadənin ətraf mühitə böyük təsir göstərəcəyi gözləntiləri narahatlıqları artırır. İnsanların ehtiyaclarını ödəmək üçün meşəyə odun yığmaq və ağac kəsmək üçün getməsi Avropadakı səlahiyyətliləri narahat edir. Bəzi siyasətçilər bu məsələyə daha sərbəst yanaşmağa üstünlük verirlər. Polşada hakim partiyanın lideri Yaroslav Kaçinski sentyabrın əvvəlində verdiyi açıqlamada bildirib ki, insanlar təkərlər və zərərli maddələrdən başqa hər şeyi yandıra bilərlər. Macarıstanda ağac qranullarının ixracını qadağan edən Orban hökuməti də ekoloji qaydalara dəyişiklik edərək meşələrdə ağac kəsilməsinə qoyulan qadağanı aradan qaldırmağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB