Qlobal internet televiziya şəbəkəsi "Netflix"in abunəçi bazası bu ilin ilk iki rübündəki itkilərdən sonra üçüncü rübdə 2,41 milyon artıb. SİA xəbər verir ki, "Netflix" bu ilin iyul-sentyabr dövrü üçün balans hesabatını açıqlayıb. Buna görə ilin üçüncü rübündə şirkətin gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən yüzdə 6 artaraq 7,93 milyard dollara çatıb.
Ötən ilin eyni dövründə şirkətin gəliri 7,48 milyard dollar olub. Şirkətin xalis mənfəəti isə üçüncü rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 4 faiz azalaraq 1,39 milyard dollar olub. Keçən ilin üçüncü rübündə "Netflix"in xalis mənfəəti 1,45 milyard dollar olub. Şirkətin səhm üzrə qazancı da eyni dövrdə 3,19 dollardan 3,10 dollara düşüb. "Netflix"in abunəçiləri ilin üçüncü rübündə 2,41 milyon artıb. Bu ilin ilk iki rübündə abunəçi itkisi yaşayan "Netflix"in abunəçi sayının bu dövrdə 1,09 milyon nəfər artacağı gözlənilirdi. "Netflix"in abunəçiləri 2022-ci ilin birinci rübündə 200 min, ikinci rübdə isə 970 min azalıb. Beləliklə, şirkət ilk dəfə ardıcıl iki rüb abunə itkisi yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB