Rusiyanın təşkil etdiyi uçuşlar NATO üçün təhlükə kimi şərh edildi
NATO-nun təşəbbüsü ilə keçirilən nüvə silahı təliminə qarşı Rusiya Müdafiə Nazirliyi strateji bombardmançı təyyarələrin Berinq və Oxotsk dənizləri üzərində uçduğunu açıqlayıb. SİA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi iki Tu-95 MS tipli nüvə tutumlu strateji bombardmançı təyyarənin Berinq və Oxotsk dənizləri üzərində uçduğunu açıqlayaraq, “İki uzun mənzilli Tu-95 MS strateji raket daşıyıcısı Rusiyanın neytral (Sakit Okean, Berinq və Oxot dənizləri) suları üzərində planlı uçuşlar həyata keçirib"-deyə, məlumatda qeyd olunub.
Strateji bombardmançı təyyarəni Rusiya döyüş təyyarələri müşayiət edib. Uçuş müddəti 12 saatdan çox davam edib. NATO-nun təşəbbüsü ilə keçirilən nüvə hərbi təlimi zamanı Rusiya strateji bombardmançılarının kritik ərazilərdə uçuşu NATO üçün təhlükə kimi şərh edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB