Oktyabr ayında İngiltərədə də mənzil qiymətləri artıb. SİA xəbər verir ki, İngiltərədə ev qiymətləri ölkədəki iqtisadi qeyri-müəyyənliklərə və bazar gərginliyinə baxmayaraq, oktyabr ayında artıb. İngilis daşınmaz əmlak şirkəti "Rightmove" tərəfindən verilən açıqlamada, ölkədə ev qiymətlərinin oktyabr ayında yüzdə 0,9 artdığı, orta ev qiymətlərinin isə 371 min 158 lirəyə yüksəldiyi ifadə edilib.
Şirkətin açıqlamasında son günlər ölkədə baş verən iqtisadi qeyri-müəyyənlik və gərginlik səbəbindən mənzil krediti faizlərinin artdığı, mənzil sahibi olmaq istəyənlərin satış müqavilələrini tez bir zamanda tamamlamaq istədikləri qeyd edilib. Açıqlamada ölkədə ilk dəfə ev sahibi olanların bu ayın ilk iki həftəsində ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz azaldığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB