Estoniya Rusiyanı “terrorçu dövlət” elan etdi

Estoniya Rusiyanı “terrorçu dövlət” elan etdi

Estoniya parlamenti Rusiyanı “terrorçu dövlət” elan edib. SİA-nın məlumatına görə, “Politico” saytında yer alan xəbərə görə, parlament açıqlamasında “Estoniya parlamenti, Ukrayna parlamenti və beynəlxalq təşkilatlar tərəfindən edilən çağırışı dəstəkləyərək, Rusiya rejimini terrorçu elan edir və Rusiya Federasiyası terrorizmin dövlət sponsoru kimi” ifadələrdən istifadə olunub.

Bəyanatda beynəlxalq ictimaiyyət oxşar qərarlar qəbul etməyə çağırılıb. Beləliklə, Litva və Latviyadan sonra Estoniya Rusiyanı terrorçu dövlət elan edən üçüncü Baltik parlamenti oldu. Parlamentdə səsə qoyulan qərar layihəsini 101 deputatdan 88-i dəstəklədiyi halda, 10 deputat səsvermədə iştirak etməyib, 3 deputat isə bitərəf qalıb. Estoniya, Litva və Latviya dünən Avropa İttifaqı (Aİ) və beynəlxalq tərəfdaşlarla Ukraynanı dəstəkləmək üçün xüsusi məhkəmənin yaradılmasını tələb ediblər. Litva Xarici İşlər Nazirliyi məhkəmədən Rusiyanın hücumlarını araşdırmağı, mövcud məhkəmə boşluğunu doldurmağı və Rusiyanın Ukrayna qarşısında cavabdehliyini təmin etməyi xahiş edən birgə bəyanat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə