BƏƏ Ukrayna vətəndaşlarına 100 milyon dollar dəyərində yardım göndərəcək
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya ilə müharibədən zərər çəkmiş Ukrayna vətəndaşlarına 100 milyon dollar dəyərində humanitar yardım göndərəcəyini açıqlayıb. SİA xəbər verir ki, BƏƏ-nin rəsmi agentliyi olan WAM-da yer alan xəbərdə BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın "Ukraynalı mülki şəxslərə 100 milyon dollar dəyərində humanitar yardımın göstərilməsinə göstəriş verdiyi" bildirilib.
Xatırladaq ki, BƏƏ müharibənin yaratdığı böhrandan zərər çəkmiş Ukrayna vətəndaşlarına “əvvəlki aylarda da yardım edib”. Ötən gün BƏƏ prezidenti Bin Zayed və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB