Fransada etirazlar səngimək bilmir

Fransada etirazlar səngimək bilmir

Fransa paytaxtında etirazlar səngimir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Parisdə bahalaşmaya qarşı çıxanlarla polis arasında toqquşmalar baş verib.

İğtişaşlar Monparnas nekropolunun yaxınlığında eydə alınıb. Etirazçılardan bəziləri nümayişçilərin keçdiyi yol boyunca barrikadalar qurublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları qurulmuş maneələri sökməyə çalışıblar. Buna cavab olaraq radikallar polis və jandarmlara şüşə və daş atmağa başlayıb, təhlükəsizlik əməkdaşları isə buna fişənglərdən atəşlə cavab veriblər.

Məlumata görə, polis bir neçə nəfəri saxlamağa müvəffəq olub. Qarşıdurma zamanı bəzi iştirakçılar yüngül xəsarətlər alıblar. Yaralılara hadisə yerindəcə həkimlər tərəfindən yardım edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə