"Ukrayna limanlarından 354 gəmi yola düşüb"

"Ukrayna limanlarından 354 gəmi yola düşüb"

Qara dənizdə yaradılan taxıl dəhlizi çərçivəsində avqustun 1-dən oktyabrın 18-dək Ukrayna limanlarından 354 gəminin yola düşdüyü və bu günə qədər daşınan yüklərin ümumi həcminin 7 milyon 860 min tonu keçdiyi bildirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu verdiyi yazılı açıqlamada Ukrayna ilə Rusiya arasında fevralın 24-dən bu yana davam edən müharibə zamanı dünyada ərzaq böhranı yaşandığını xatırladaraq, böhranın həll olunduğunu, dəhlizin Türkiyenin prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirdiyi uğurlu diplomatiya nəticəsində yaradıldığını ifadə edib.

Karaismailoğlu taxıl dəhlizi çərçivəsində 1 avqust-18 oktyabr tarixlərində Ukraynanın Odessa, Çornomorsk və Yujne şəhərlərindəki limanlardan cəmi 354 gəminin yola düşdüyünü bildirib.

“Gəmilər arpa, buğda, soya, günəbaxan unu, buğda kəpəyi, noxud, günəbaxan tumu, emal olunmuş qarışıq qida, şəkər çuğunduru, günəbaxan yağı, kanola toxumu, qarğıdalı və soya yağı daxil olmaqla 13 müxtəlif növ yük daşıyıb”, -deyə nazir qeyd edib.

Bu günə kimi daşınan yüklərin ümumi həcminin 7 milyon 860 min tonu keçdiyini vurğulayan nəqliyyat naziri deyib:

“Yüklərin 13 faizi Afrikaya, 23 faizi Asiyaya, 47 faizi Avropaya daşınıb. Türkiye istisna olmaqla, Avropa qitəsində ən çox yük İspaniya, İtaliya və Hollandiyaya daşınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə