ABŞ-da təyyarə qəzaya uğrayıb - İKİ NƏFƏR ÖLÜB

ABŞ-da təyyarə qəzaya uğrayıb - İKİ NƏFƏR ÖLÜB

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərindən Qərbi Virciniya ştatının Parkersburq şəhərinə uçan 1974-cü il “Beechcraft King Air E90” tipli kiçik təyyarə Ohayo ştatının Marietta şəhərində qəzaya uğrayıb. SİA xəbər verir ki, qəza zamanı təyyarə avtomobil salonuna çırpılıb. Nəticədə 2 nəfər ölüb, 8 avtomobil yanıb.

Qeyd edək ki, qəza zamanı təyyarədə yalnız pilot və 1 sərnişinin olduğu bildirilib. Təyyarənin hansı səbəbdən qəzaya uğradığı məlum olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə