General Surovikin də ehtiyatlı danışır...

General Surovikin də ehtiyatlı danışır...

Xüsusi əməliyyat zonasında vəziyyət gərgindir, düşmən rus qoşunlarına hücum etməyə cəhd etməkdə davam edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı jurnalistlərə NMD ərazisindəki Birləşmiş Qoşunlar Qrupunun komandiri, ordu generalı Sergey Surovikin bildirib.

"Ümumilikdə, xüsusi hərbi əməliyyat zonasında vəziyyəti gərgin kimi xarakterizə etmək olar. Düşmən Rusiya qoşunlarının mövqelərinə hücum cəhdlərini tərk etmir", - Surovikin bildirib.

Ordu generalının sözlərinə görə, bu, ilk növbədə Kupyansk, Krasnolimansk və Nikolayev-Krivoy Roq istiqamətlərinə aiddir.

“...Düşmən Ukrayna vətəndaşlarını ölümə sövq edən cinayətkar rejimdir. Mən və ukraynalılar bir xalqıq və biz eyni şeyi istəyirik ki, Ukrayna Qərbdən və NATO-dan müstəqil olsun, Rusiya üçün dost dövlət olsun”.

...Necə deyirlər, “yaxşı danışır”.

Olqa Skabeeva sözü olmasın,.. görən, ona Ukraynada yerlilərdən gül-filan verən olmayıb ki?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə