Rusiya elitasında 10 nəfərdən 9-u qəti şəkildə Ukraynadakı müharibənin əleyhinədir. Hətta Putinin yaxın çevrəsində də bütün bunları bəyənməyənlər var. Amma alternativ nöqteyi-nəzəri çatdırmaq üçün heç bir azadlıq və imkan yoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikri UNİAN-a müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov deyib.
Onun sözlərinə görə, həm elitada, həm də cəmiyyətdə Putini Medvedevin əvəzləyəcəyini gözləyirdilər. Hamı Medvedevin ikinci müddətə seçiləcəyini gözləyirdi. Əgər Medvedev o zaman ikinci müddətə getsəydi, bunların heç biri baş verməzdi.
Qudkov qeyd edib ki, Rusiyada pula, şəxsi varlanmağa, dolanmağa, qohumlarının dəbdəbəli qərb həyatına görə həbs olunan insanlar Ukraynadakı müharibənin əleyhinə olublar, amma onlardan soruşan olmayıb.
"Bizdə oliqarxlar yoxdur. Oliqarxların siyasi nüfuzu var, amma siyasi nüfuzu olan bir dənə də olsun iş adamı yoxdur. Bizdə Putin var, onun ölkədə hakimiyyəti qəsb edən dəstəsi var. Hər şeyi onlar həll edir. Qalan hamı. günahkardır ki, belə vəziyyətə yol veriblər - onlar elitadan hansısa qorxaq nökərlərə çevriliblər, heç nəyə təsir etmirlər.Mən bilirəm ki, fevralın 24-dən sonra bir çox məmurlar ölkəni sadəcə tərk ediblər.Bəli, bunu sakitcə ediblər...”
Bunları deyən Qudkova görə,.. Putin hələ də təhlükəsizlik qüvvələrini olduqca sərt şəkildə idarə edir. Amma Qudkovun fikrincə, hərbi məğlubiyyətdən sonra hansısa parçalanma baş verə bilər, o zaman Putin faktiki olaraq reytinqini, vətəndaşların dəstəyini və bəzi təhlükəsizlik qüvvələrinin dəstəyini də itirəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB