Dövlət Duması üç uşaqlı atalar üçün səfərbərliyin təxirə salınması haqqında qanun layihəsini dəstəkləməkdən imtina edib
Vahid Rusiyadan olan deputatlar üçuşaqlı, çoxuşaqlı ailələrin ataları və əlil uşaq ataları üçün səfərbərlikdən möhlət verilməsini nəzərdə tutan düzəlişlərə səs verməkdən imtina ediblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Dövlət Dumasının deputatı Nina Ostanina məlumat verib.
O, bildirib ki, düzəlişlərin lehinə 110 parlamentari səs verib, “Vahid Rusiya”nın üç üzvü bitərəf qalıb, qalan “Vahid Rusiya” nümayəndələri isə ümumiyyətlə səs verməyib.
Onu da əlavə edək ki, mövcud qanunvericiliyə görə, səfərbərlikdən möhlət 16 yaşınadək dörd və ya daha çox uşağın himayəsində olan ruslara aiddir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB