Sabiq nazir Strelkov xüsusi əməliyyat zonasında peyda olub

Sabiq nazir Strelkov xüsusi əməliyyat zonasında peyda olub

Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Qirkin (daha çox Strelkov kimi tanınır-A.B.) əməliyyat zonasında peyda olub

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə jurnalist Maksim Kalaşnikov Telegram-da yazır.

Kalaşnikovun sözlərinə görə, Strelkov xüsusi hərbi əməliyyatda iştirak edir. Lakin jurnalist xüsusi əməliyyat zonasına düşmüş siyasi xadimin dəqiq yerini bilmir.

...Döyüşlər güclü və itkilər böyük olsa da, Strelkov sağdır” –deyə Kalaşnikov yazıb.

Onun sözlərinin repostu Strelkovun Telegram kanalında yer alıb.

Yeri gəlmişkən, oktyabrın 14-də doqquz rus hərbi müxbirinin nəşrləri və hərbi müxbir layihələri saxta və Rusiya Silahlı Qüvvələrini gözdən salmaq üçün yoxlanılacaq.

Qeyd edək ki, onların arasında İqor Strelkov da var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə