İran yeni partiya dronlarına əlavə olaraq Rusiyaya dəqiq idarə olunan ballistik raketlər təqdim edəcəyinə söz verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” agentliyi İranın yüksək vəzifəli rəsmiləri və diplomatlarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Rusiya və İran müvafiq sazişi oktyabrın 6-da İranın keçmiş baş nazirinin müavini Məhəmməd Məxbər və İİKK nümayəndələrinin Moskvaya səfəri zamanı bağlayıblar.
“...Ruslar daha çox pilotsuz təyyarələr və İrandan dəqiq idarə olunan ballistik raketlər, xüsusən də “Fateh” və “Zolfaghar” ailələri istəyirlər”.
Qeyd edək ki, bu barədə “Reuters”ə gizli mənbələrdən bildirilib.
Sonradan xəbərin dəqiqliyi də təsdiqlənib. Məsələ bundadır ki, Rusiya “yüzlərlə” orta və yaxın mənzilli raketlər almaq istəyir. Maraqlıdır ki, İran “Fateh” və “Zolfaghar”ları tezliklə Rusiya Federasiyasına göndərə bilməyəcək. Amma qarşıdakı on gündə silahların ilk partiyasının göndəriləcəyi istisna edilmir.
Xatırladaq ki, bundan əvvəl “The Washington Post” İranın ballistik raket və pilotsuz təyyarələrinin Rusiyaya tədarükü barədə məlumat yaymışdı.
Nəşr qeyd edib ki, sövdələşmə çərçivəsində Rusiya Federasiyası 300 və 700 kilometr mənzilli “Fateh-110” və “Zolfaghar”, həmçinin “Onlarla Mohajer-6 və Shahed-136 İHA” alacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB