Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri Təlimi planlaşdırır

Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri Təlimi planlaşdırır

Cənubi Koreya və ABŞ oktyabrın 31-dən noyabrın 4-dək 200-dən çox təyyarənin iştirakı ilə genişmiqyaslı birgə Hərbi Hava Qüvvələri Təlimi keçirməyi planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, hərbi manevrlərdə Cənubi Koreyadan “F-35A”, “F-15” və “KF-16” qırıcıları da daxil olmaqla, 140-a yaxın təyyarənin qatılacağı, ABŞ-dan isə “F-35B”lər də daxil olmaqla, təxminən 100 təyyarənin göndəriləcəyi bildirilib.

Qeyd edilib ki, planlaşdırılan fəaliyyətin məqsədi Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri arasında kombinə edilmiş hava əməliyyatları sistemlərinin sınaqdan keçirilməsi, həmçinin onların döyüş hazırlığının artırılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə