‘‘Ukraynaya mәxsus çox sayda silah vә sursat mәhv edilib’’?

‘‘Ukraynaya mәxsus çox sayda silah vә sursat mәhv edilib’’?

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynada xaricdə istehsal olunan silah və sursatların olduğu arsenalları uzaq mənzilli yüksək dəqiqlikli silahla vurduqlarını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İqor Konaşenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

İqor Konaşenkov Rusiyanın Ukraynanın bəzi şəhərlərinə raket hücumlarına toxunaraq deyib:
“Son 24 saat ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi idarəetmə və energetika sistemlərini, eləcə də xaricdə istehsal olunan silah və sursatların olduğu arsenalları uzaq mənzilli yüksək dəqiqlikli silahlarla havadan və dənizdən vurdu. Bütün müəyyən edilmiş elementlər vuruldu''.
İqor Konaşenkov bildirib ki, rus ordusu Kupyansk istiqamətində irəliləyir.
Qoşunlarımız Xarkov vilayətinin Qorobyevka yaşayış məntəqəsini ələ keçirib”,-deyə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib.

Ukrayna ordusunun bütün istiqamətlərdəki hücumlarının dəf edildiyini ifadə edən İqor Konaşenkov buradakı qarşıdurmalarda 200-ə yaxın Ukrayna əsgərinin zərərsizləşdirildiyini və çox sayda hərbi texnikanın məhv edildiyini irəli sürüb.

Sutka ərzində Ukrayna ordusuna aid 10 pilotsuz uçuş aparatının vurulduğunu bildirən Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, müharibə başlayandan bəri Ukraynaya məxsus 323 təyyarə, 161 helikopter, 2 266 PUA, 381 hava hücumundan müdafiə raket sistemi, 5 876 tank və zirehli texnika, 871 reaktiv yaylım atəşi sistemi, 3 485 haubitsa və minaatan, 6635 xüsusi təyinatlı texnika mәhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə