Türkiyə Silahlı Qüvvələri “Sərbəst Atəş-2022” təliminə start verdi

Türkiyə Silahlı Qüvvələri “Sərbəst Atəş-2022” təliminə start verdi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) gücünün nümayiş olunduğu “Sərbəst Atəş-2022” adlı təlimdə bütün hədəflər müvəffəqiyyətlə vurulub.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri öz inventarındakı silah və sistemlərin gücünü nümayiş etdirdi.

“Sərbəst Atəş-2022” təlimində bütün hədəflər uğurla vurulub.

Təlim Ankaranın Polatlı rayonundakı “General Nahit Şenoğlu Atış və Təlim” sahəsində başlayıb.

Təlimdə milli müdafiə naziri Hulusi Akar və yüksək vәzifәli hərbi rəsmilərlə yanaşı 825 hərbi personal iştirak edib.

TSQ-nin gücünün nümayiş olunduğu təlimdə ''F-16'' döyüş təyyarələri ilə yanaşı ATAK helikopterləri də iştirak edib.

Yerli və milli imkanlarla istehsal edilən hәrbi texnikalar ilə hədəflər müvəffəqiyyətlə məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə