“Ukrayna işğalçıların atəşi altındadır”

V.Zelenski bu gün səhər saatlarında Nikolayev şəhərinin Rusiya qüvvələri tərəfindən buraxılan S-300 hava hücumundan müdafiə sistemləri ilə raketlərlə vurulduğunu bildirib.
“Ukrayna işğalçıların atəşi altındadır”

Ukrayna prezidenti Volodimir Zelenski bu gün səhər saatlarında Nikolayev şəhərinin Rusiya qüvvələri tərəfindən buraxılan S-300 hava hücumundan müdafiə sistemləri ilə raketlərlə vurulduğunu bildirib.

Zelenski "Telegram" hesabında Rusiya qüvvələrinin S-300 sistemindən atdığı raketlərin Nikolayvdakı bir mənzili vurduğunu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Zelenski bildirib ki, Rusiya qüvvələri Nikolayevin "Kestane" meydanında yerləşən gül bazarını da bombalayıblar.

"Ukrayna işğalçıların atəşi altındadır. Onlar əllərindən gələni etməyə davam edir, dinc insanları qorxudur və öldürür", -deyə Zelenski deyib.

Nikolaevdəki hücumlarda bir nəfərin həyatını itirdiyini qeyd edən Zelenski Rusiyanın “terrorçu” dövlət olduğunu müdafiə edib.

Zelenski "Twitter" hesabında paylaşdığı videomüraciətində Ukraynadakı elektrik stansiyalarının 30 faizinin Rusiya qüvvələrinin oktyabrın 10-dan bəri həyata keçirdiyi hücumlar nəticəsində məhv edildiyini və ölkədə geniş miqyaslı elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.

Qeyd edək ki, Ukrayna Prezident Aparatından Kirilo Timoşenko səhər saatlarında Rusiyanın enerji obyektinə qarşı 3 hücumun həyata keçirildiyini açıqlayıb.

Səlahiyyətlilər və hadisə şahidləri çoxsaylı partlayışların baş verdiyini və şəhərdən tüstü qalxdığını bildiriblər.

Kiyev meri hücumun "kritik infrastruktura" qarşı həyata keçirildiyini və fövqəladə hallar işçilərinin bölgəyə cəlb olunduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə