ABŞ Rusiyanın Ukraynaya hücumlarını pisləyib

ABŞ-da Ağ Evin sözçüsü Karine Jan-Pyer Rusiyanın Ukraynaya raket hücumlarını pisləyib və Ukraynaya lazımi müdafiə dəstəyi verməyə davam edəcəklərini bildirib.
ABŞ Rusiyanın Ukraynaya hücumlarını pisləyib

ABŞ-da Ağ Evin sözçüsü Karine Jan-Pyer Rusiyanın Ukraynaya raket hücumlarını pisləyib və Ukraynaya lazımi müdafiə dəstəyi verməyə davam edəcəklərini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Karine Jan-Pyer Ağ Evdə təşkil etdiyi gündəlik mətbuat konfransında bu barədə deyib ki, ABŞ Rusiyanın Ukraynaya raket hücumlarını pisləyir. Bu hücumlar Rusiyanın qəddarlığını göstərir.
ABŞ prezidenti Co Baydenin ukraynalı həmkarı Volodimir Zelenski ilə tez-tez görüşdüyünə diqqət çəkən Jan-Pyer Ukraynaya lazımi müdafiə dəstəyi verməyə davam edəcəklərini vurğulayıb.

Zelenskinin “Rusiya İran istehsalı olan kamikadze SİHA-lardan (Silahlı Pilotsuz Uçuş Aparatları) istifadə edir” ifadələrini dəyərləndirən Jan-Pyer xatırladıb ki, ABŞ bu məsələ ilə bağlı daha əvvəl xəbərdarlıq etmişdi.

"Biz İran və Rusiyaya silah ticarətinə görə sanksiyalar tətbiq etməyə davam edəcəyik. İranın Rusiyaya silah satmasını çətinləşdirməyə çalışacağıq", -deyə Yan-Pyer qeyd edib.

İran istehsalı olan SİHA-ların Rusiya tərəfindən Ukraynadakı həm mülki, həm də hərbi hədəflərə qarşı istifadə edildiyini dilə gətirən sözçü deyib:

“Kiyevin şəhər mərkəzinə İran istehsalı olan PUA (Pilotsuz Uçuş Aparatı) hücumlarının görüntüləri var, lakin İran bu barədə yalan danışmağa davam edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə