Ukrayna Ali Radası Çeçenistan İçkeriya Respublikasının Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazi kimi tanınması barədə qətnamə qəbul edib. Mətndə Rusiyanın çeçen əhalisinə qarşı soyqırım törətdiyi bildirilir, bu hərəkət pislənir. Qətnamənin lehinə 351 deputatdan 287-si səs verib, 64 deputat isə bitərəf qalıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sənəddə bildirilir ki, Çeçenistan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxıb və İçkeriya adı ilə müstəqilliyini elan edib. Mətndə deyilir ki, Rusiya BMT Nizamnaməsində təsbit olunmuş xalqların bərabər hüquqlu və öz müqəddəratını təyinetmə prinsipinə zidd olaraq bunun qarşısını alıb.
Rusiya hərbçiləri İçkeriyaya iki dəfə hərbi müdaxilədə, Çeçenistanda beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etməkdə və çeçen xalqının minlərlə nümayəndəsinin ölümündə ittiham olunurlar.
İddia olunur ki, rus qoşunları Beslandakı məktəbdə girovları ələ keçirib, nəticədə çeçen xalqının 300-dən çox nümayəndəsi öldürülüb.
(...Qeyd edimk ki, həmən ərəfədə Şimali Osetiyada yerləşən məktəbi Çeçenistanın səhra komandiri Şamil Basayev həyata keşirmişdi-A.B.)
Radanın qəbul etdiyi qətnamədə sənədin qəbulunun Ukraynanın çeçen xalqının müstəqillik arzularına dəstək verdiyini vurğulanır. “Bundan əlavə, Moskvanın çeçen xalqına qarşı törətdiyi beynəlxalq cinayətlərin, o cümlədən soyqırımın pislənməsi tarixi ədalətin bərpasına töhfə verəcək və müstəqil şəkildə pozulmağa çağırış günahkarları cəzalandıracaq”.
Qeyd edək ki, İçkeriya hökumətinin keçmiş naziri, sürgündəki hökumətin baş naziri Əhməd Zakayev “Kavkaz.Realii”-yə verdiyi açıqlamada Radanın səsverməsini çeçenlər və bütün “Kreml tərəfindən əzilən xalqlar” üçün tarixi sənəd adlandırıb.
Yeri gəlmişkən xatırladaq ki, bu gün İçkeriyanın müstəqilliyi dünyanın heç bir dövləti tərəfindən tanınmayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB