Hindistanın Uttarxand ştatında hindistanlı zəvvarları aparan helikopterin qəzaya uğraması nəticəsində ikisi pilot olmaqla 6 nəfər ölüb.
SİA-nın əldə etdiyi məlumata görə, ''Private Aryan'' aviaşirkətinə məxsus helikopter Uttarxand ştatında qəzaya uğrayıb.
Hind-Tibet Sərhəd Polisinin (ITBP) verdiyi açıqlamada Kedarnath bölgəsindən yola düşən helikopterin hindistanlı zəvvarları daşıdığı və Garud Çatti yaxınlığında qəzaya uğradığı bildirilib.
İTBP 2-si pilot olmaqla 6 nəfərin həyatını itirdiyi qəzada xilasetmə əməliyyatlarının və şəxsiyyətin müəyyən edilməsi ilə bağlı işlərin davam etdiyi açıqlayıb.
Uttarxandın baş naziri Puşkar Sinq Dhami qəzadan sonra verdiyi açıqlamada deyib: “Fövqəladə Hallara qarşı Mübarizə Qüvvələri və regional administrasiyaya tabe olan qruplar yardım və xilasetmə işləri üçün hadisə yerindədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB