Kappadokiyada hava şarı sərt eniş edib, ölənlər var

Kappadokiyada hava şarı sərt eniş edib, ölənlər var

Türkiyənin Kappadokiya bölgəsində hava şarının sərt eniş nəticəsində 2 turist həlak olub.

SİA-nın məlumatına görə, daha 3 turist xəsarət alıb.

Qeyd olunur ki, bütün turistlər İspaniya vətəndaşları olub. İlkin məlumatlara əsasən, hava şarının qəzasına eniş zamanı güclü küləyin başlaması səbəb olub. Nəticədə şar sürətlə yerə çırpılıb.

Xəsarət alan turistlər Nevşehir vilayətində xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə