Makrondan Almaniyaya dəstək çağırışı... - "Bizi tək qoymayın"

Makrondan Almaniyaya dəstək çağırışı... -

Fransa prezidenti Emmanuel Makron Almaniyanı enerji böhranı ilə bağlı Avropa ilə həmrəy olmağa çağırıb. SİA xəbər verir ki, Fransa qəzetinə verdiyi özəl açıqlamada Makron Avropanın Covid-19 böhran dövrünə bənzər bir prosesdən keçdiyini bildirib. Artan enerji qiymətlərinə qarşı Almaniyanı Avropa ilə həmrəyliyə çağıran Makron, "Biz milli siyasət apara bilmərik, çünki bu, Avropa qitəsində balanssızlığa səbəb olur" ifadələrindən istifadə edib.

Makron qitədə milli strategiyalardan daha çox Avropa strategiyasının icrasının daha ardıcıl olacağını qiymətləndirib və Fransa-Almaniya əməkdaşlığının buna tab gətirə biləcəyinə işarə edib. Almaniya kansleri Olaf Şolz sentyabrın sonunda Almaniyada istehlakçıları və şirkətləri yüksək enerji xərclərindən qorumaq üçün 200 milyard avro dəyərində bir fond yaradılacağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə