Almaniya hava limanlarında işləmək üçün 91 nəfəri işə götürüb. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin sözçüsü Sonja Kock Berlində keçirdiyi mətbuat konfransında "hava limanlarına gətirilən və yerləşdirilən ixtisaslı işçilərin sayının 91 olduğunu təsdiq edə biləcəyini" söyləyib.
Alman mətbuatında ilkin olaraq 2000 nəfərin işə götürülməsi nəzərdə tutulsa da, indiyədək xaricdən 91 nəfərin viza üçün müraciət etdiyi bildirilir. Almaniyada xüsusilə yay tətilinin başlaması ilə bir çox hava limanında kadr çatışmazlığı səbəbindən uzun növbələr yaranıb. Bir çox reyslər təxirə salınıb. Bildirilib ki, Covid-19 epidemiyası zamanı hava limanlarını işlədən şirkətlərin bir çox işçisini işdən çıxarması səbəbindən kadr çatışmazlığı yaranıb. Hava limanlarını işlədən şirkətlərin tələbi ilə Almaniya hökuməti iyunun sonunda xaricdən 2000 işçinin göndərilməsinə yaşıl işıq yandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB