Müsəlman həyat tərzi ilə yaxından tanış olmaq üçün Avstriya İslam Etiqad İcması oktyabrın 23-də “açıq məscid günü“ təşkil edəcək. SİA xəbər verir ki, Avstriyanın yeddi federal əyalətində ümumilikdə on məscidin iştirak etdiyi layihə çərçivəsində İslam dini və müsəlmanların həyat tərzi ilə tanış olmaqla yanaşı, eyni zamanda dialoq üçün də imkan yaranacaqdır.
Avstriya İslam Etiqad İcmasının büro rəhbəri Edina Husoviç mətbuat açıqlamasında bildirib ki, maraqlananlar qeyd edilən mövzularla yanaşı bir məscidlə daxildən tanış olmaq imkanı əldə edəcək, dünyəvi dinləri birləşdirən ortaq dəyərlər barədə məlumat alacaq və həmçinin ziddiyyət hesab edilən mövzularda da maarifləndirici izahatlarla tanış ola biləcəklər. O bildirib ki, 1912-ci ildən İslam dini Avstriyada rəsmi statusa malikdir və 110 ildən bəri müsəlmanlar Avstriya ictimaiyyətinin tərkibində mühüm rol oynayırlar.
Həmçinin qeyd edilib ki, ilk dəfə təşkil edilən layihənin məqsədi eyni ərazidə yaşayan insanlar arasındakı baryerləri aradan qaldırmaq, fərqli din, mədəniyyət, dünyagörüşü və etnik mənsubiyyətə malik insanları bir araya gətirərək, vahid dünyanın sakinləri və hamının ortaq cəhətlərlə bağlılığını təbliğ etməkdir. E.Husoviç həmçinin qeyd edib ki, yerləşdiyi məhəllə və ya yaşayış massivində sosial həyatın mərkəzi nöqtəsi olan məscidlər müsəlmanlarla yanaşı qeyri-müsəlman sakinlərin də üzünə açıq olan, İslami dəyərlərin aşılandığı məkan çevrilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB