F-35 üçün daha iki müştəri ortaya çıxıb

F-35 üçün daha iki müştəri ortaya çıxıb

Dünyanın demək olar ki, bütün ölkələrinin hava qüvvələri donanmasına əlavə etmək istədiyi beşinci nəsil döyüş təyyarəsi F-35 üçün daha iki müştəri ortaya çıxıb. SİA xəbər verir ki, qeyd olunub ki, beşinci nəsil Amerika flaqmanı Loked Martinin F-35 "Lightning II stels" qırıcısının növbəti müştəriləri Avstriya və İspaniya ola bilər.

Böyük Britaniya, İtaliya, Norveç, Hollandiya və Danimarkanın artıq istifadə etdiyi F-35 döyüş təyyarələri üçün Avstriya və İspaniyanın birinci yerdə olması ehtimal edilir. ABŞ ilə dialoqu davam etdirən İspaniya hökuməti mövcud təyyarələrinin modernləşdirilməsi üçün F-35 almağı düşünür. Madrid rəhbərliyinin hazırladığı plana görə, 2023-2028-ci illər arasında 5 illik müddət ərzində F-35 alışları üçün 6 milyard avrodan çox vəsait ayrılacaq.

Avstriya isə döyüş təyyarələrinin əksəriyyətini F-35 ilə əvəz etmək istəyir. Son zamanlar İsveç mərkəzli "Gripen" ilə tez-tez müqayisə edilən F-35 döyüş təyyarələri texniki xüsusiyyətlərinə görə rəqiblərini qabaqlayır. Avstriya 2030-cu ilin sonuna kimi beşinci nəsil döyüş təyyarəsi olan F-35-i öz donanmasına əlavə etmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə