İsrail prezidenti Ağ Evə səfər edəcək

İsrail prezidenti Ağ Evə səfər edəcək

İsrail prezidenti İsaak Hersoq oktyabrın 26-da Ağ Evə səfər edəcək. SİA xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre açıqlamasında bunları deyib: "Bayden İsrail prezidenti Hersoqu oktyabrın 26-da Ağ Evdə qarşılamağı səbirsizliklə gözləyir. Bu səfər ABŞ və İsrail arasındakı tərəfdaşlıq və dostluğun bir məqamı olacaq".

İki liderin qlobal və regional problemlər, İsrailin bölgə ilə inteqrasiyasının dərinləşdirilməsi, həm İsrail, həm də Fələstin xalqı üçün azadlıq, rifah və təhlükəsizlik kimi məsələləri müzakirə edəcəklərini bildirən Jan-Pierre, Hersoqun oktyabrın 25-də Vaşinqtonda çoxlu görüşlər keçirəcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə