ABŞ-da fəaliyyət göstərən polis həmrəyliyi təşkilatı Fraternal Order of Police (FOP) son hesabatında ölkə daxilində 5 gündə 13 polisin güllələndiyini bildirib. SİA xəbər verir ki, polisə qarşı zorakılığın sürətlə artdığına diqqət çəkən paytaxt Vaşinqtonda yerləşən FOP, keçən həftə bazar ertəsindən cümə gününə qədər 5 günlük müddət ərzində ölkə daxilində 13 polisin qəsdən silahlı hücumlara məruz qaldığını açıqlayıb.
Təşkilatın hesabatında "Vəziyyət tamamilə nəzarətdən çıxıb" ifadəsi işlədilib və polisə qarşı hücumların daha çox İllinoys, Pensilvaniya və Konnektikut kimi ştatlarda cəmləşdiyi vurğulanıb.
FOP-dan verilən açıqlamada, "Bəzi siyasi və media xadimlərinin polis əleyhinə çıxışları, eləcə də yaramaz prokuror və hakimlərin uğursuz siyasəti zabitlərimizi daha böyük təhlükə qarşısında qoyur. Bu qanunsuzluq mədəniyyətinə son qoyulmalıdır!" deyə, bəyanatda bildirilib.
Hesabatda ilin əvvəlindən sentyabrın 30-na kimi 252 polisin güllələndiyi, onlardan 50-nin həyatını itirdiyi vurğulanıb. Təşkilatın məlumatlarına görə, bu ilin qalan dövründə güllələnən polislərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 6 faiz artıb, öldürülən polislərin sayı isə hücumlarda 2021-ci ilə görə yüzdə 14, 2020-ci ilə görə isə yüzdə 35 artıb. Bütün ili nəzərə alsaq, ABŞ-da güllələnən polislərin sayı 2021-ci ildə 346, 2020-ci ildə 312, 2019-cu ildə 293 olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB