Bolqarıstan prezidenti Ukraynaya silah tədarükünə etiraz etdi

Bolqarıstan prezidenti Ukraynaya silah tədarükünə etiraz etdi

Bolqarıstan prezidenti Ukraynaya silah tədarükünə etiraz edib. SİA xəbər verir ki, Bolqarıstan ordusunun modernləşdirilməsinin zəruriliyini vurğulayan prezident Radev orduda yeni silahlar olmadığı halda Ulraynaya silah yardımının ordunun funksiyasına qismən zərər vuracağını bildirib.

Bolqarıstan Prezidenti Rumen Radev, "Təhlükəsizlik mühitinin pisləşdiyi və yeni silahların verilmədiyi bir vaxtda Ukraynaya silah verilməsi ordumuzun müdafiə qabiliyyətinə uzun müddət zərər verəcək" dedi.

Radev NATO daxilində sayıqlığın artırılması kontekstində ölkədə yaradılmış çoxmillətli döyüş qrupu üçün Novo Selo atıcılıq poliqonunda keçirilən mərasimdə iştirak edib. Bolqarıstanın daha əvvəl qəbul etdiyi parlament qərarına əsasən, Ukraynaya silah verilə bilməyəcəyini bildirən Radev: "Bolqarıstan ordusunun modernləşdirilməsini gecikdirmək üçün artıq bəhanə yoxdur. Bolqarıstan siyasətçiləri 30 ildir ki, orduda islahat aparmağa çalışırlar və biz bunun nəticəsini bilirik. Ciddi kadr məhdudiyyətləri, maliyyə çatışmazlığı və yeni silahlar, bizim (NATO altında) funksional birlik də məhduddur. Təhlükəsizlik mühitinin pisləşdiyi və yeni silahların tədarük edilmədiyi bir vaxtda Ukraynaya silah yardımı uzun müddət ordumuzun müdafiə qabiliyyətinə ziyan vuracaq”.

Silahlı qüvvələrin problemlərini siyasiləşdirməməyə çağıran Radev, "Bu mövzuda əsl milli birlik içində olmalıyıq" deyib.

Bolqarıstan bundan əvvəl iki dəfə Ukraynaya “MiQ-29” döyüş təyyarələri və “S-300” raketləri kimi ağır silahlar verməkdən imtina edib. Müdafiə naziri Dimitar Stoyanov sonuncu dəfə bildirib ki, oktyabrın 16-da Ukraynadan zenit sistemləri ilə bağlı yardım üçün yeni sorğu daxil olub və bu sorğu Bolqarıstanın imkanlarını aşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə