"Ölkədəki AES-lər 2023-cü ilin aprel ayına qədər işləyəcək" - Almaniya kansleri əmr etdi
Avropa enerji böhranının kölgəsi altında qışa daxil olmağa hazırlaşarkən Almaniya yeni tədbir elan edib. SİA xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranan enerji böhranı Almaniyanın nüvə enerjisi fəaliyyətlərini dayandırmaq planını gecikdirib.
Almaniya kansleri Olaf Şolz enerji böhranı ilə mübarizə üçün ölkədə 2023-cü ilin aprel ayına qədər 3 atom elektrik stansiyasının fəaliyyət göstərməsinə göstəriş verib. Şolzun Nazirlər Şurasına yazdığı məktubda “İsar 2", "Neckarwestheim 2" və "Emsland" atom elektrik stansiyalarının 31 dekabr 2022-ci ildən 15 aprel 2023-cü il tarixinədək fəaliyyət göstərməsinə icazə verən hüquqi baza yaradılacaq” deyilir.
Maliyyə naziri Kristian Lindner üç atom elektrik stansiyasında "qiymətləri aşağı salmaq və işıqların kəsilməsinin qarşısını almaq" lazım olduğunu dilə gətirib. Almaniya hökuməti daha əvvəl üç zavoddan yalnız ikisinin gələn ilə qədər işləyəcəyinə qərar vermişdi. Almaniyada təhlükəsiz və bərpa olunan enerjiyə keçid üçün ilin sonuna qədər nüvə enerjisi fəaliyyətlərinin dayandırılması planlaşdırılırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB