Aİ 11 İran vətəndaşını və 4 qurumu sanksiya siyahısına salıb

Aİ 11 İran vətəndaşını və 4 qurumu sanksiya siyahısına salıb

Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Aİ Komissiyasının vitse-prezidenti Josep Borrell Avropa İttifaqı Xarici İşlər Nazirləri Toplantısından sonra kameralar qarşısına keçib. SİA xəbər verir ki, Borrell, Məhsa Əmininin ölümü ilə başlayan etirazlara münasibətinə görə 11 iranlı vətəndaşın və 4 qurumun, o cümlədən İranın İnformasiya və Kommunikasiya Texnologiyaları naziri İsa Zarepurun sanksiya siyahısına salındığını bildirib.

Aİ xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə görüşüblər. İclasdan sonra açıqlama verən Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Aİ Komissiyasının vitse-prezidenti Josep Borrell, Aİ ölkələrinin Ukraynaya dəstəyini davam etdirdiyini və bu kontekstdə yeni qərarlar qəbul etdiyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə