Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirərək, 34 şəxsi və bir təşkilatı “qara siyahı”ya əlavə edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə ki, bu dəfə Rusiyanın “Zvezda” telekanalı məhdudiyyətlərə məruz qalıb və sanksiya siyahısında təqsirləndirilən şəxslər arasında Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinskinin, Dövlət Dumasında “Yeni insanlar” fraksiyasının rəhbəri Aleksey Neçayevin, habelə aktyorların da adı var.
Sergey Bezrukov, Vladimir Maşkov, Dmitri Pevtsov, jurnalistlər Pavel Qusev, Nailə Əsgərzadə, Kirill Kleimenov, Andrey Kondraşov da sanksiyalar siyahısına daxil edilib.
Qeyd edək ki, sanksiyalar həmçinin idman şərhçisi Dmitri Quberniev və teleaparıcı Tina Kandelakiyə də tətbiq edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB