Yeyskdə ölənlərin sayı artdı...

Yeyskdə ölənlərin sayı artdı...

Yeyskdə Su-34-ün düşməsindən sonra ölənlərin sayı 4 nəfərə çatıb. Bu barədə Krasnodar diyarının operativ qərargahı öz Telegram kanalında məlumat yayıb.

...Saat 22.15-ə olan məlumata görə, ölən və yaralananların sayı artıb: ölənlər – 4, yaralılar isə - 25-ə qədər artıb.

Vilayətin vitse-qubernatoru Anna Minkova Yeysk Mərkəzi Rayon Xəstəxanasında zərərçəkənlər üçün yer hazırlandığını deyib.

Onun sözlərinə görə, artıq Yeyskdəki faciə yerinə Krasnodardan yanıq şöbəsinin mütəxəssisləri, tibbi aviasiya və təcili yardım maşınları göndərilib.

“Ağır” xəstələr üçün 11 reanimasiya çarpayısı, orta ağırlıqdakı xəstələr üçün 100 oksigen çarpayısı yerləşdirilib. Burada 8 cərrah briqadası, 4 travmatoloq, 5 reanimatoloq növbətçilik edir.

Əməliyatlarda Yeysk MRX-nın 10 təcili yardım briqadası, Şerbinovskaya MRX-nın 2 briqadası və Starominskaya MRX-nin 2 briqadası iştirak edirlər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi Yeysk şəhərində Su-34 təyyarəsinin qəzaya uğraması barədə məlumat vermişdi.
Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə