İtaliyanın baş naziri Mario Draqi NATO-nun baş katibi postunda Yens Stoltenberqi əvəz edə bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” alyansdakı mənbəyə istinadən xəbər yayıb.
...Mario Draqinin indi bu vəzifəni əldə etmək üçün ən çox imkanları var, çünki fransız, italyan, alman tərəfləri razılaşır və amerikalılar da, deyəsən, buna etiraz etmirlər.
Fransa, İtaliya və Almaniyanın NATO-nun baş katibi postuna Avropanın təhlükəsizlik arxitekturasını dərindən bilən bir adamın gətirilməsini tələb etdiyi bildirilir. Ölkənin bu qərarı onunla izah olunur ki, alyans üçün əsas çağırışlar hazırda məhz bu regionda cəmləşib.
Qeyd edək ki, Draqi ilə yanaşı, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis də bu meyarlara uyğundur. Hər iki namizədə Britaniya, ABŞ və Kanada qarşı çıxmır, lakin bu ölkələr İtaliyanın baş naziri vəzifəsini tərk edəndən daha dinamik mövqeyə malik bir adam görmək istədiklərini bildiriblər.
Bundan əlavə, Ottava alyansı Arktikaya xüsusi diqqət yetirməyə çağırır, ona görə də tərəf Uzaq Şimalın problemlərini dərindən bilən şəxsi postda görməkdə maraqlıdır.
Mənbənin sözlərinə görə, NATO ölkələri baş katibin namizədliyi ilə bağlı Milad bayramlarına qədər qərar verə bilər. Xatırladaq ki, Stoltenberq bu ilin payızında baş katib postunu tərk etməli idi, lakin Ukraynadakı vəziyyətə görə onun səlahiyyətləri daha bir il uzadılıb.
Bundan əvvəl Mario Draçi və Fransa prezidenti Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyəti və enerji məsələlərini müzakirə ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB