Xarkov vilayətində biri başsız olmaqla, üç mülki şəxsin meyiti tapılıb. Sonuncu, başsız mərhumun meyiti kəndin yolunun kənarından götürülüb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Xarkov vilayətinin polisi bu gün hüquq-mühafizə orqanları əməkdaşlarının Çerkassı Tişki kəndinin üç sakininin meyitini tapdıqlarını bildirib.
İlkin olaraq müəyyən edilib ki, 84 yaşlı kişi və onun 81 yaşlı arvadı martın 19-da aldıqları güllə yarasından ölüblər. Onlar elə öz evlərinin ərazisində də basdırılıblar.
Başsız naməlum şəxsin meyiti isə kəndin yolunun kənarında tapılıb. Hazırda onun şəxsiyyəti və ölüm şəraiti müəyyənləşdirilir.
Qeyd edək ki, bunu Ukrayna tərəfi bildirib.
Yeri gəlmişkən, sentyabrın 14-də prezident Vladimir Zelenski Xarkov vilayətinin bütün ərazisinin ruslardan azad edildiyini bildirib. Onu da deyək ki, 150 minə yaxın ukraynalı 5 aydan çox rusların işğalı altında yaşadılar.
Onu da xatırladaq ki, sentyabrın 16-da Milli Polisin rəhbəri İqor Klimenko Xarkov vilayətinin işğaldan azad edilmiş ərazilərində 10-dan artıq türmənin tapıldığını açıqlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB