Krasnodar diyarının Yeysk şəhərində “Su-34” təyyarəsinin yaşayış binasının həyətinə düşməsi nəticəsində iki nəfər həlak olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Nazırlikdən verilən məlumata görə, 15 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Qeyd edildiyi ki, bu gün səhər saatlarında Yeyskdə təyyarə yaşayış binasının həyətinə düşüb. Qəzadan sonra təyyarənin yanacağı alışıb, yanğın birinci mərtəbədən doqquzuncu mərtəbəyə qədər olan girişi bürüyüb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın sahəsi 2 min kvadratmetr təşkil edib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, insidentə səbəb mühərriklərdən birinin alışması olub. Qeyd edək ki, pilotlar qurtula biliblər. Təyyarə qəzası faktı ilə bağlı İstintaq Komitəsi cinayət işi açıb.
Bu arada Krasnodar diyarının qubernatorunun müavini Anna Minkovanın “RİA Novosti”yə verdiyi məlumata görə, Yeisk Mərkəzi Rayon Xəstəxanasında yaşayış binasında baş verən yanğında zərərçəkənlər üçün 8 əməliyyat otağı və 11 reanimasiya çarpayısı yerləşdirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB