Rusiya prezidenti Vladimir Putin Kuban, Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin rəhbərlərinə Su-34 təyyarəsinin qəzaya uğradığı Yeyskə getməyi, zərərçəkənlərə hər cür yardım göstərməyi tapşırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.
Dövlət başçısı hadisə yerinə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevdən başqa iki naziri - Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovu və Rusiyanın səhiyyə naziri Mixail Muraşkonu göndərib.
Dövlət başçısına vəziyyətlə bağlı məruzələr də təqdim olunub.
Müdafiə Nazirliyinin məlumatına görə, hərbi təyyarə təlim uçuşu üçün qalxan zaman qəzaya uğrayıb. Agentlik buna səbəb kimi uçuş zamanı mühərrikin yanmasını göstərib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB