“Moskvada qalan qohumlarınızın qayğısına qalacağıq”

“Moskvada qalan qohumlarınızın qayğısına qalacağıq”

Qismən səfərbərliyin başa çatması elan edildikdən sonra Ukraynadakı xüsusi əməliyyat zonasına getmək istəyən könüllülər...guya Moskvanın hərbi komissarları ilə əlaqə saxlamağa davam edirlər.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın hərbi komissarı Maksim Loktev bildirib.

O qeyd edib ki, hər bir halda belə vətəndaşların taleyi ilə bağlı qərarlar şəxsi xarakter daşıyacaq.

Loktev onu da bildirib ki, oktyabrın 17-də, saat 14:00-da Moskvada səfərbər edilmiş şəxslərin bütün toplama məntəqələri fəaliyyətini dayandırıb.

“Moskvada qismən səfərbərlik çərçivəsində tapşırıqlar tam şəkildə yerinə yetirildi”, - hərbi komissar bunu lap əminliklə bildirib.

...Bir gün əvvəl şəhər meri Sergey Sobyanin Moskvada qismən səfərbərliyin başa çatdığını elan edib. O, paytaxt könüllülərinə və səfərbər olanlara təşəkkürünü də bildirib və... Moskvanın onların taleyindən narahat olacağını vurğulayıb.

Yeri gəlmişkən, Sobyanin hakimiyyət orqanlarının ehtiyatda olanların qohumlarının qayğısına qalacağına da söz verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə