Rusiyanın Krasnodar vilayətinin Yoysk şəhərində hərbi təyyarə yaşayış binasının həyətinə düşüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Su-34” təyyarəsi Yoysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşdükdən sonra yanğın 9 mərtəbəli binaya keçib. İlkin məlumata görə, yanğın binanın 15 mənzilini bürüyüb. Təyyarənin heyəti katapulta olub.
Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB