Belarus real təhlükə yaranarsa, təhlükə mənbəyinə qabaqlayıcı zərbə endirmək hüququnu özündə saxlayır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi idarədən əlavə ediblər ki, Baltikyanı ölkələr hücum qruplarının yaradılması və onlardan Rusiya və Belarus istiqamətlərində istifadə olunması üzərində işləyirlər.
Minsk Polşanın hərbi potensialını artırmasından da narahatdırlar. Ölkənin müdafiə nazirinin köməkçisi Valeri Revenkonun sözlərinə görə, Polşa hakimiyyət orqanları bundan əvvəl guya yaxın 3-10 il ərzində müharibəyə başlamağa hazır olduqlarını açıq şəkildə bəyan ediblər.
Revenkonun dediyinə görə, hazırda Litvada Belarusda hökuməti devirmək məqsədi daşıyan Belarus müxalifətinin qondarma keçid hökuməti fəaliyyət göstərir.
Revenko onu da qeyd edib ki, mövcud vəziyyətə cavab olaraq Belarus və Rusiya Federasiyasının regional qoşun qruplaşmasının komponentlərinin yerləşdirilməsi barədə qərar qəbul edilib.
Xatırladaq ki, bundan əvvəl Belarus hakimiyyəti Rusiya qırıcılarının olduğu ilk eşelonların ölkəyə gəlməyə başladığı barədə məlumat vermişdi. Regional qoşun qruplaşmasında Rusiya hərbçilərinin ümumi sayı təxminən 9 min nəfər göstərilir.
Bu arada Belarus hakimiyyətinin Ukrayna ilə sərhədi qorumaq üçün genişləndirilmiş sərhəd dəstələrindən və ərazi sərhəd xidməti orqanlarının mobil qruplarından istifadə etdiyi də məlum olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB