Moldovada ölkəyə daxil olan ruslar ciddi yoxlanılır

Moldovada ölkəyə daxil olan ruslar ciddi yoxlanılır

Moldovanın xüsusi xidmət orqanları ölkəyə gələn rusları əlavə olaraq yoxlayır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, prezident Maia Sandu, bu gün təhlükəsizlik risklərinin həmişəkindən daha yüksək olduğunu bildirib.

Onun sözlərinə görə, ölkə hakimiyyəti “pis niyyətli” insanların ölkəyə girişinin qarşısını almaq üçün filtr tətbiq edir. Sandu, hazırda Moldovanın daxili təhlükəsizliyinin nəzarət altında olduğunu da bildirib.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib. Onun çıxışından sonra ruslar vizasız qonşu ölkələrə aviabilet almağa tələsdilər. Bir sıra ölkələr, o cümlədən Gürcüstan, Qazaxıstan və Finlandiya Rusiya Federasiyasından ziyarətçi axını ilə üzləşib. Əlavə edirik ki, Moldova ilə Rusiya arasında vizasız rejim mövcuddur. Aprel ayında Rusiyanın Moldova ilə uçuşlar açmasına baxmayaraq, hələ də iki ölkə arasında birbaşa uçuşlar yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə