Macarıstan Avropa İttifaqı xarici işlər nazirlərinin Ukrayna hərbçiləri üçün təlim missiyasına başlamaq qərarını yaxşı fikir hesab etmir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ölkənin Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirib.
Beləliklə, Macarıstanın “M1” telekanalında yayımlanan mətbuat konfransında o, Macarıstanın Avropa İttifaqı qanunlarının icazə verdiyi bu qərarla özünü bağlı hesab etmədiyini və bu proqramda iştirak etməyəcək yeganə ölkə olacağını açıqlayıb.
Biz bu təlim missiyasında iştirak etməyəcəyik və onun üçün heç bir təlimatçı göndərməyəcəyik”. Bunu Macarıstanın xarici işlər naziri bildirib.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı ölkələrinin XİN rəhbərləri Avropada Ukrayna hərbçilərinin təlimi üzrə missiyanın (EUMAM Ukraine) yaradılmasını təsdiqləyiblər. Missiya komandiri vitse-admiral Herve Blejan olacaq. Avropa rəsmiləri həmçinin Ukraynaya 500 milyon avro dəyərində hərbi yardımın yeni tranşı ilə razılaşıblar.
Xatırladaq ki, EUMAM Ukrayna Avropa İttifaqına üzv dövlətlərin ərazisində işləyəcək. Strateji səviyyədə ümumi koordinasiyanı təmin etmək üçün missiyanın əməliyyat qərargahı Brüsseldə yerləşəcək. Missiyanın ilkin müddəti iki ildir. Bu dövr üçün ümumi xərclərin maliyyə bazası 106,7 milyon avro təşkil edəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB