Belarus Müdafiə Nazirliyi bəyan edib ki, ölkə sərhədlərini qorumaq üçün Belarusda 9 mindən bir qədər az Rusiya əsgəri yerləşdiriləcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko Twitter hesabında artıq regional qüvvələrin tərkibində olan rus hərbçilərindən ibarət ilk eşelon artıq Belarusa gəlməyə başladığını yazıb.
Onun sözlərinə görə, yerdəyişmə bir neçə gün davam edəcək və “doqquz mindən bir qədər az insana” təsir edəcək. O əlavə edib ki, daha ətraflı məlumat hərbi attaşelər üçün keçiriləcək brifinqdə veriləcək.
Qeyd edək ki, Belarus lideri Aleksandr Lukaşenko keçən həftə Belarus qoşunlarının Ukrayna sərhədi yaxınlığında Rusiya qüvvələri ilə yanaşı yerləşdiriləcəyini bildirib.
...Belarus Ukraynadakı genişmiqyaslı müharibənin birbaşa iştirakçısı deyil, lakin fevralın 24-də rus qoşunlarının bir hissəsinin Belarus sərhədindən Ukraynaya daxil olması ilə başlayan Rusiya işğalına maddi-texniki dəstək verir. Lukaşenko rejimi rus qoşunlarına Belarusa giriş icazəsi verib, oradan Rusiya qüvvələri Ukrayna şəhərlərini bombalamaq və həmçinin Ukrayna ərazisinə raketlər atmaq üçün uçuşlar həyata keçirir.
Xatırladaq ki, Rusiyanın başlatdığı müharibədə iştirak etdiyinə görə Belarusa qarşı artıq beynəlxalq sanksiyalar tətbiq edilib.
Yeri gəlmişkən Aleksandr Lukaşenko Belarusun Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakını etiraf edib, lakin belarusların “heç kəsi öldürmədiyini” deyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB