Rusiyanın Ukraynaya qarşı müharibəsi və artan inflyasiya Şərqi Avropa və Mərkəzi Asiyada dörd milyon uşağı yoxsulluq həddinin altına salıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə BMT-nin Uşaq Fondunun 22 ölkənin məlumatlarına əsaslanan hesabatında bildirilir.
UNICEF ekspertləri son bir ildə yoxsul uşaqların sayının 19 faiz artdığını bildirirlər. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xanın dediyinə görə, “...Ukraynadakı müharibənin iqtisadi nəticələrinin ən böyük yükünü uşaqlar daşıyır”.
Hesabata görə, müharibə nəticəsində yoxsul uşaqların sayı 2,8 milyon artəb ki, bunun da dörddə üçü Rusiyanın payına düşür.
BMT-nin məlumatına görə, Ukraynada yoxsul uşaqların sayı müharibə səbəbindən yarım milyon nəfər artıb. Davam edən hərbi münaqişə yeddi milyon yarımdan çox ukraynalı uşağa təsir edib. Ölkədə evlər, məktəblər, xəstəxanalar zədələnmiş və ya dağılmış, yüz minlərlə insan təmiz su və işıqsız qalmışdır.
Hazırda xeyli uşaq ailələrindən ayrılıblar. Atışma və minalar uşaqların həyatı üçün gündəlik təhlükəyə çevrilib.
Hesabat müəllifləri uşaq yoxsulluğunun kəskin artmasının təhsillə bağlı problemlərə və gələcəyin itirilməsinə səbəb olacağını qeyd edirlər.
Yeri gəlmişkən, UNICEF Ukrayna uşaqları üçün vəsait toplayır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB