Deyəsən, Peskovun dedikləri reallaşır...Yəni, doğrudanmı, indi Rusiya şəhərlərinin küçələrində çıxıb sərbəst gəzmək olar, yoxsa, bu hələlik ancaq Moskva aiddir?
Beləliklə, Moskvanın hərbi komissarı Maksim Loktev oktyabrın 17-də paytaxtda hərbi xidmətdən yayınanların axtarışının başa çatdığını elan edib.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini Shot Telegram kanalı sitat gətirir.
“...Qaçanlarla bağlı bütün axtarış tədbirləri dayandırılıb. Onlar axtarılanlar siyahısında olmayacaqlar”. Bunu Loktev deyib.
Qeyd edək ki, daha əvvəl Moskva meri Sergey Sobyanin də şəhərdə qismən səfərbərliyin başa çatması barədə məlumat verib. Onun sözlərinə görə, hərbi xidmətə çağırış tapşırığı tam yerinə yetirilib.
O, bu gündən etibarən səfərbər olanlar üçün toplama məntəqələrinin bağlandığını açıqlayıb. Moskvalılara yaşayış və iş yerlərində göndərilən bütün çağırış vərəqələri artıq etibarlı deyil.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasının yekunlarına dair keçirdiyi mətbuat konfransında səfərbərlik çərçivəsində orduya 220 min nəfər cəlb olunduğunu bildirmişdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB