Serbiyanın Ukraynadakı səfirliyi fəaliyyətini dayandırıb

Serbiyanın Ukraynadakı səfirliyi fəaliyyətini dayandırıb

Serbiyanın Ukraynadakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Səfirliyin məlumatında bu addımın əməkdaşların təhlükəsizliyini təmin etmək üçün atıldığı bildirilib.

“Serbiya Respublikasının Ukraynadakı səfirliyi əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti olaraq bağlanıb. Səfirliyin əməkdaşları onların Ukraynaya qayıtması üçün lazımi şərait yaranana qədər Belqraddan işlərinə davam edəcəklər”.

SİA xəbər verir ki, bu səfirliyin bəyanatında qeyd olunub.

Açıqlamada Serbiyanın Xarici İşlər Nazirliyinin fevralın 13-də öz vətəndaşlarına Ukraynaya səfər etməməklə bağlı xəbərdarlıq etdiyi də xatırladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə