...İranda tələbə Məhsi Əmininin qətli ilə bağlı başlayan etirazlar hələ də davam etməkdədir. Amma, deyim ki, nə qədər təəccüblü olsa da,.. bəzi iddialara görə, bu gün İranda yaşananların yeganə səbəbi bu, yəni Məhsi Əmininin öldürülməsinin olmadığı iddia edilir.
Belə ki, etiraz dalğası...elə də nəzərə çarpmasa da, amma hələ 2018-ci ildə başlayıb və...buna səbəb də ölkədəki yüksək qiymətlər göstərilir.
...Gərək ki, bu gün İranda yaşanan etiraz dalğası 2009-cu ildən bəri ölkə tarixində yaşanmamışdı.
Xatırladaq ki, 2009-cu ildəki etirazların səbəbi o dövrdə keçirilən prezident seçkilərindəki qanun pozuntuları iddiaları idi. Qeyd edək ki, seçkiləri həmin dövrün prezidenti Mahmud Əhmədinejad qazandı. Ancaq islahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Karrubi səslərin hesablanmasında pozuntulara yol verildiyini irəli sürərək onları dəstəkləyənləri küçələrə çıxmağa çağırdılar.
Bu gün isə qarşıda keçid dövrü var - İranın Ali Rəhbərinin bu və ya digər şəkildə səksən üç yaşı var, qarşıda onun varisi məsələsi dayanır.
Qeyd edək ki, deyilənlərə görə, Əli Xamenei guya İran iqtisadiyyatının özəlləşdirilməsinin sürətləndirilməsinin tərəfdarıdır, ABŞ-ın siyasətini kəskin pisləyir, ABŞ rəhbərliyini Yaxın Şərqdəki imperialist siyasətinə, İsraili dəstəkləməsinə görə tənqid edir,
...Amma Ermənistanı tərifləyir. Bu ölkə ilə sərhədinin bağlanmasının qəti əleyhinədir. Elə bil, Ermənistanı “arxasında yenilməz bir” dağ görür. Deyim ki, maraqlı da olsa, ermənilər artıq son zamanlar məhz belə düşünməyə başlayıblar.
Amma,.. icazə versəniz, gəldi deyə, imkan versəydiniz bunu da danışardım...
Deməli, gərək ki, 1964-ğü ildə çəkilən bir filmimiz var-“Yenilməz batalyon”. Həmən filmdə bir epizod yadıma düşür...Siz də xatırlamış olarsınız.
...Beləliklə, filmdə yığılmış qoz-fındığı Zaqatala bazarına göndərmək istəyən “xozeyn” işçılərinin etirazı ilə üzləşir. “Etiraz” da elə belə etiraz deyildi,.. yəni kənarda düşünülmüşdü.
Nə isə, “xozeyn”in işçıləri arabaları yükləməkdən imtina edirlər. Bu arada kənarda kirimişcə oturub olanları müşahidə edən çəlimsiz, halsız bir-neçə qoca “xozeyn”ə yaxınlaşaraq ona öz “kömək”lərini təklif edirlər.
Hövsələdən çıxan “xozeyn” onlara...”cəhənnəm olun, mənim kəfənə verəsi pulum yoxdur”-deyir.
...Deyim ki, bunu elə belə dedim, birdən,.. Ermənistan... və ya İran özünə dərd etmiş olar a..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB